Dünya

Kriptovalyuta bazarı "oynayır" - Virtual pullar ucuzlaşdı

13 Mart 2018 11:13
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriptovalyuta bazarında qiymətlərin qeyri-sabitliyi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayarq kriptovalyutaların hamısının qiymətində ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, ucuzlaşma həm də dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiymətinə təsir edib. Belə ki, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,47% ucuzlaşaraq 9,42 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 1,71% və ya 710,99 dollaradək, "Ripple" 1,78% (0,8 dollara qədər), "Bitcoin Cash" isə 1,98% (1092,55 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 380,87 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.