Dünya

ATƏT PA sədri: "Həlli uzanan münaqişələrlə bağlı boşluqlar var"

13 Mart 2018 10:52
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ATƏT bütün münaqişələrin həllinə aktiv cəlb olunub. Həmçinin ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və sülh yolu ilə həllin tapılmasıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli deyib.

"Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlər, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.