Dünya

"Onları Rusiya zəhərləyib" - Tillersondan sərt xəbərdarlıq - FOTO

13 Mart 2018 11:17
1 Şərh     Baxış: 1 411

"Sergey Skripalın zəhərlənərək sui-qəsdə məruz qalması ilə bağlı Britaniyanın hakimiyyət dairələrinin apardıqları təhqiqata və Rusiyanın bu cinayətdə əli olması ehtimalı ilə bağlı Londonun əldə etdikləri məlumatlara tam inanır, etibar edirik".

ABŞ-ın dövlət katibi Reks Tillersonun bəyanatında belə deyilir.

Tillersonun sözlərinə görə, Britaniyada aparılan təhqiqat əsnasında amerikalı vəzifəli şəxslər britaniyalı həmkarları ilə sıx təmaslarda olublar: "Mənim özüm Britaniya XİN-nin rəhbəri Boris Consonla telefon danışıqları apardım. Suveren dövlətin ərazisində vətəndaşa hücumun, sui-qəsdin heç bir bəraəti ola bilməz. Rusiya yenə belə addımlar atır. Əvvəl Ukrayna və Suriyadakı hadisələr, indi də Britaniyada olay göstərir ki, Rusiya dünyada qeyri-stabillik yaradan məsuliyyətsiz qüvvədir. Bu cinayəti törədənlər və sifarişçilər müvafiq ciddi sonuclarla qarşılaşmalıdır".

Xatırladaq ki, martın 4-də, axşam saatlarında 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya İngiltərənin Solsberi şəhərindəki ticarət mərkəzinin qarşısında, "Zizi" restoranını önündə zəhərləniblər.

Onlar indi xəstəxanada koma vaəziyyətindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aydlndl · 13 Mart 12:3600

    Subut olunmamlw ittiham etmek ne derecede duzdur bilinmez amma bu iwin rusiyaya dexli yoxdur.Dunya chempionatlndan qabag texribatdl

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.