Dünya

FİFA Yunanıstana çox ağır cəza verə bilər

13 Mart 2018 08:48
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA Yunanıstanı PAOK və PEK klubları arasında matç zamanı baş vermiş hadisədən sonra komandaları beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdıracağı ilə hədələyib.

Milli.Az "Report"a istinadən bildirir ki, FİFA bunu BBC-nin jurnalisti Riçard Konvey bildirib.

Qeyd olunur ki, beynəlxalq futbol qurumu adiyyəti orqanlar milli çempionatların problemsiz keçirilməsinin təmin edilməsi və zorakılığın qarşısının alınması üçün lazımi tədbirlər görməyəcəyi təqdirdə həmin ölkələrə qarşı sankisyalar tətbiq etməyə hazırdır.

Martın 11-də PAOK AEK-lə oyunun son dəqiqəsində hesabı açıb. Lakin hakimlər oyundankənar epizod qeydə alaraq qolu saymayıblar. Bu zaman meydanda qarışıqlıq yaranıb və üzərində tapanca olan İvan Savvidi də meydana daxil olub. Nəticədə matç başa çatdırılmayıb. AEK hazırda 54 xalla 1-ci pillədə qərarlaşıb. PAOK isə 52 xalla 2-ci sıradadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.