Dünya

Tereza Mey Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovnikinin zəhərlənməsində əli olmaqda ittiham edib

12 Mart 2018 22:11
0 Şərh     Baxış: 566

Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə T.Mey Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı deyib.

"Artıq aydındır ki, cənab Skripal və onun qızı Rusiyada istehsal edilən sinir iflicedici maddə ilə zəhərləniblər", deyə baş nazir bildirib.

O həmçinin insidenti Rusiyanın Böyük Britaniyaya qarşı məsuliyyətsiz hərəkəti adlandırıb.  T.Mey bəyan edib ki, iki gün ərzində Rusiya tərəfindən S.Skripalın işi üzrə izahat gözləyir.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 2010-cu ildə  Rusiya prezidenti olan Dmitriy Medvedev tərəfindən əfv edilən Sergey Skripala Böyük Britaniyada sığınacaq verilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.