Dünya

"ABŞ Suriyaya zərbə endirməyə hazırdır"

12 Mart 2018 21:47
2 Şərh     Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Dəməşq ətrafında yerləşən Şərqi Qutada atəşkəsə nail ola bilməsə, ABŞ Suriyaya zərbə endirməyə hazırdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

"ABŞ zəruri hallarda hərəkət etməyə hazırdır. Bu, bizim üstünlük verdiyimiz yol olmasa da, onu nümayiş etdirə bilərik. Biz buna hazırıq", deyə N.Heyli vurğulayıb.

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasına Dəməşq və onun ətrafında hərbi əməliyyatları dayandırmaq tələbi ilə qətnamə layihəsini təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.