Dünya

Dünyaca məşhur modelyer vəfat etdi

12 Mart 2018 17:52
0 Şərh     Baxış: 1 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur modelyerlərindən biri, 91 yaşlı fransız markiz Über Ceyms Marsel Taffen de Jivanşi vəfat edib.

Milli.Az Madame Figaro-ya istinadən bildirir ki, "Givenchy" moda evini Jivanşi 1952-ci ildə, 25 yaşı olanda açmış və bununla da o, Fransanın moda tarixində ən gənc kuturye olmuşdu.

Onun daimi müştəriləri arasında kino əfsanəsi Odri Höpbörn və ABŞ-ın mərhum prezidenti Con Kennedinin dul xanımı Jaklin Kennedi-Onassis də vardı.

Über Jivanşi moda evindəki karyerasını 1995-ci ildə başa vurmuşdu. Hazırda "Givenchy" moda evinə Kler Ueyt Keller başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.