Dünya

SON DƏQİQƏ! Türkiyə Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır

12 Mart 2018 17:25
1 Şərh     Baxış: 2 019

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunun mərkəzini tam mühasirəyə almağa hazırlaşır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Qeyd olunur ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin ətrafında 1100 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.

Bu gün Türkiyə qoşunları daha beş yaşayış məntəqəsini azad edib. Türkiyə KİV-ləri məlumat verir ki, qoşun Afrinin mərkəzindən 1,5 kilometr məsafədədir.

Eyni zamanda PYD və YPG terrorçularının dinc sakinlərə şəhəri tərk etməyə icazə vermədiyi deyilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elxan · 12 Mart 17:4240

    Canım Türkiyəm!!! Sizə uğurlar!!!Tanrı türkü qorusun!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.