Dünya

Ehtiyacı olan ölkələr 14,5 milyard dollar aldı

12 Mart 2018 16:53
0 Şərh     Baxış: 684

Son iki il ərzində (2016-2017) Türkiyə ehtiyacı olan ölkələrə 14,5 milyard dollar məbləğində maliyyə yardımı göstərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

Baş nazir qeyd edib ki, 2016-cı ilin yekunu üzrə Türkiyə 6,5 milyard dollar, 2017-ci ildə isə 8 milyard dollar maliyyə yardımı edib.

B.Yıldırım deyib ki, cari ildə rəsmi Ankara ehtiyacı olan ölkələrə maliyyə yardımını davam etdirəcək.

Xatırladaq ki, Türkiyə ildən-ilə maliyyə yardımlarını artırır. Belə ki, 2015-ci ildə bu göstərici 3,9 milyard dollar olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.