Dünya

Belqradda ATIŞMA: ölən və yaralananlar var

12 Mart 2018 15:35
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbyanın paytaxtı Belqradda atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin milli televiziyası atışma nəticəsində 1 nəfərin ölməsi, daha 2 nəfərin yaralanması barədə xəbər verib.

İnsident Ruzvelt küçəsində qeydə alınıb.

Hadisə ilə bağlı bildirilir ki, atəşi açan işdən azad edilmiş şəxs olub. O, odlu silahdan atəş açmaqla iş yoldaşları ilə "hesablaşmaq", qəzəbini soyutmaq istəyib.

Hazırda hadisə ilə bağlı Belqrad polisi araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.