Dünya

İranda sərhəd postuna hücumun qarşısı alındı

12 Mart 2018 14:23
0 Şərh     Baxış: 768

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bir neçə terrorçunu məhv edərək ölkənin cənub-şərqindəki sərhəd postuna hücumun qarşısını alıb.

Milli.Az xəbər verir ki, bu barədə report RİA "Novosti"yə istinadən xəbər verir.

Belə ki, dünən gecə terror qruplaşmasının yaralıları və silahlı cinayətkarlar bomba yüklü avtomobil vasitəsilə Saravan bölgəsindəki sərhəd postunda partlayış törətməyə cəhd ediblər.

Amma İranın güc strukturları vaxtında hücumun qarşısını alıb: iki terrorçu öldürülüb, avtomobil məhv edilib.

Qeyd edək ki, hücumun qarşısının alındığı bölgə Pakistanla sərhədə yaxın ərazidə yerləşir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.