Dünya

"Suriyada kimyəvi silahların istehsalı üçün gizli yer tapılıb"

12 Mart 2018 14:14
0 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya ordusunun verdiyi məlumata görə, Şərqi Qutada muzdlu hərbiçilər kimyəvi silahla bağlı təxribata əl atıblar. Onlar kimyəvi silahdan istifadə edib, bu işdə höküməti günahlandırıblar.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Suriya hökümət qüvvələrinin muzdlu hərbçilərdən azad etdiyi ərazilərdən kimyəvi silahların istehsalı üçün gizli zavod tapılıb.

Bu barədə məlumatı Suriya Ərəb ordusunun polkovniki Feruz İbrahim məlumat verib. 

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də kimyəvi silahların məhv edildiyi təsdiqlənib.

Qeyd edək ki, bu ilin fevral ayında Suriyanın Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilmişdi ki, Amerikanın Suriyanı kimyəvi silahdan istifadədə günahlandırması əsassızdır və Suriya belə iddiaları kəskin şəkildə qınayır.

Yanvarın 26-da isə bombardman edilən ərazidəki yaralıların köməyinə gələn "Ağ dəbilqəlilər" təşkilatından verilən açıqlamaya görə, Şərqi Qutada xlor qazının istifadəsi nəticəsində 3 nəfər ölüb, onlarla insan zəhərlənib.

Suriya prezidenti Bəşər Əsəd rusiyalı jurnalistlərə müsahibə zamanı Suriyada dinc əhalinin müdafiəsi ilə məşğul olduqlarını iddia edən "Ağ dəbilqəlilər" təşkilatının üzvlərinin Əl-Qaidə terror qruplaşmasını dəstəklədiyini söyləmişdi.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.