Dünya

20 gün əvvəl də İranda eyni səmtdə təyyarə qəzası olmuşdu: 77 ölü

12 Mart 2018 13:24
0 Şərh     Baxış: 1 110

Türkiyə təyyarəsi 20 gün ərzində İran ərazisində qəzaya uğrayan ikinci sərnişin təyyarəsidir.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, ötən gün "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus "Bombardier Challenger 600" təyyarəsi İranda qəzaya uğrayıb. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış. Qəzadan sağ çıxan olmayıb.

Təyyarə İranın Bəxtiyari vilayətində qəzaya uğrayıb.

Qeyd edək ki, bu ilin fevral ayının 18-də İranda başqa təyyarə qəzası da baş vermişdi. Bəxtiyari vilayətinin yaxınlığındakı İsfahanda baş verən qəza nəticəsində 66 nəfər ölmüşdü.

Emin
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.