Dünya

Ukrayna kosmodrom tikmək istəyir - Avstraliyada

12 Mart 2018 11:35
0 Şərh     Baxış: 513

Ukrayna Dövlət Kosmik Agentliyi Avstraliyanın qərbində kosmodrom tikmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "The West Australian" portalı müvafiq təklifin hələ 2016-ci ildə irəli sürüldüyünü yazır.

Ukraynanın Avstraliyadakı səfiri Nikolay Kuliniç bildirib ki, ölkəsinin qlobal kosmik yarışda böyük təcrübəsi var:

"Bu təklif çox realdır. Meydan olarsa, Ukrayna günü sabah raketlər buraxa bilər. Əgər Avstraliyada istifadə oluna biləcək yer varsa, biz ekspertlərimizi təklif edə bilərik".

Kosmik Agentliyin məlumatına əsasən, kosmodrom tikintisi üçün 5-7 min kv.km sahə lazımdır. Bu ərazinin ölkənin qərbində, Kertin aviabazasının yaxınlığında olması daha məqsədəuyğun hesab edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.