Dünya

Putinin "ideal" adlandırdığı raket sınaqdan keçirildi - VİDEO

12 Mart 2018 11:48
0 Şərh     Baxış: 2 370

Raket sınağı müvəffəqiyyətlə həyata keçirilib, hədəf vurulub.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyindən verilib.

Rusiya nüvə başlıqlı hipersəs sürətli yeni raketini uğurla sınaqdan keçirib. Sınaq vuruşu Rusiyanın qərbində həyata keçirilib.

"Kinjal" adlanan raket şənbə günü Rusiyanın cənub-qərbində yerləşən aerodormdan qalxan MiG-31 hərbi təyyarəsindən buraxılıb.

Raket 7,700 mil/saat sürətlə hərəkət edir və hədəfi dəqiq vurma qabiliyyətinə malikdir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mart ayının əvvəlində prezident seçkiləri ilə bağlı çıxış edərkən Kinjal raketindən bəhs edib və onu "ideal" silah adlandırıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.