Dünya

Kriptovalyuta bazarı bahalaşıb - Bitkoin yenə zirvədə

12 Mart 2018 10:26
1 Şərh     Baxış: 923

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti yenidən yüksəlməyə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bitkoinin qiyməti 9,12% bahalaşaraq 9,585 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 5,68% və ya 726,16 dollaradək, "Ripple" 2,62% (0,821 dollara qədər), "Bitcoin Cash" isə 11,71% (1,114 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 387,29 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kserks · 12 Mart 13:2910

    Iqtisadi Mexaniz olan, Daimi Fealiyyet Gorseden Pul Muherriki qurulsa, Kriptovalyutalarin dersini vermek olar. Yesli sto, utanmayin, muraciet edin. Demir qapininda taxta qapiya isi dusen vaxt olur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.