Dünya

Azərbaycanlıların diaspor təşkilatlarından birləşmə qərarı

12 Mart 2018 10:45
0 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi İsveçin Malmö şəhərində yerləşən, tanınmış ictimai xadim (Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş sədri) Cavad Derəxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı və mərkəzi ofisi Almaniyanın Köln şəhərində yerləşən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) rəhbəri Rəşad Quliyevin arasında görüş keçirilib.

DAA-dan Milli.Az-a verilən məlumata görə, görüşdə dünyada mövcud olan Azərbaycan təşkilatlarının fəaliyyəti, Azərbaycanın tanıdılması istiqamətində görülən və görüləcək işlər müzakirə edilib. Müzakirənin sonunda mühüm qərar qəbul edilib -hər iki təşkilat arasında birləşmə haqqında razılaşma əldə olunub. İlkin razılığa əsasən, birləşmə qurultayının sentyabr ayında Almaniyanın Köln şəhərində keçirilməsi qərara alınıb.

DAA-dan bildirirlər ki, yaxın günlərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatların birgə bəyanat yayaraq birlik qurultayını dəstəkləyəcəklərini bəyan edəcəkləri gözlənilir.

Qeyd edilir ki, artıq birlik qurultayını dəstəkləyənlər də var. Belə ki, Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev, Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Alexsander Şapiro Suliman öz qurumlarında bu məsələni müzakirə etdiklərini, birlik qurultayı ideyasının müsbət qarşılandığını və qurultaya dəstək verəcəklərini bəyan ediblər. Yaxın günlərdə iş adamı, ictimai xadim Fizuli Məmmədovun rəhbərlik etdiyi  Dünya Azərbaycanlıları İttifaqının Ümumi Şurasında da birlik qurultayı ilə bağlı müzakirələrin keçirələcəyi və qurultayla bağlı qərarın ictimaiyyətə açıqlanacağı gözlənilir.

Ümumiyyətlə, birlik ideyasına azərbaycanlıların dünyadakı bir neçə diaspor təşkilatlarının qoşulacağı gözlənilir.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.