Dünya

Fotosessiya üçün helikopterə minənlər qəzaya düşüb, öldülər - YENİLƏNİB - VİDEO - FOTO

12 Mart 2018 11:22
0 Şərh     Baxış: 3 802

11:22

Milli.Az xəbər verir ki, qəza nəticəsində yaralanan 3 nəfərin də həyatını xilas etmək  mümkün olmayıb. Beləliklə, ölənlərin sayı 5-ə çatıb.

----------
11:19

Amerikada "Liberity" şirkətinə məxsus helikopter qəzaya uğrayıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Onların günəşin batışını fotosessiya etmək üçün helikopterlə gəzintiyə çıxdıqları məlum olub.

Göyərtəsində 5 nəfərin olduğu helikopter Nyu-Yorkdakı Şərq çayının üzərinə düşüb.

Sosial şəbəkədə yüklənən videoda helikopterin çaya düşməsi əks olunub. Deyilənlərə görə, mühərrikdə yaranan problemə görə qəza baş verib.

Hadisə ötən gün axşam saat 7-də baş verib.

Qeyd edək ki, qəza nəticəsində pilot xilas olub. Digər şəxsləri isə dalğıclar çaydan çıxarıblar. Onlardan ikisi boğularaq ölüb, qalanları isə xəstəxanaya çatdırılıblar.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Момент падения вертолета в реку в Нью-Йорке попал на камеры

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.