Dünya

Ölümdən dəqiqələr əvvəl çəkilən FOTO

12 Mart 2018 10:05
12 Şərh     Baxış: 5 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus "Bombardier Challenger 600" təyyarəsinin İranda qəzaya uğraması barədə məlumat vermişdik.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.

Mine Başaran təyyarəyə minməzdən əvvəl rəfiqələri ilə birlikdə selfi çəkib, sosial şəbəkədə yayıb.

Qeyd edək ki, qəza nəticəsində sağ qalan olmayıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.