Dünya

Kubada parlament seçkiləri başa çatıb

12 Mart 2018 08:33
1 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kubada Xalq Hakimiyyəti Milli Assambleyasına (parlament) seçkilər başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səsvermədə 8 milyondan artıq qeydə alınmış seçicilərdən 68 faizi iştirak edib. Hazırda səslər hesablanır.

Parlament seçkilərindən əlavə, kubalılar ölkənin əyalətlərində xalq hakimiyyəti assambleyasının deputatlarını da seçiblər.

Kuba parlamenti aprelin 19-u ilk iclasında Kuba Dövlət Şurasının üzvlərini seçəcək. Şuranın üzvləri isə öz növbəsində Kuba dövlətinin yeni rəhbərini seçəcəklər.

Ekspertlərin rəyinə görə, hazırda Kubanın rəhbəri vəzifəsinə ən real namizəd Kuba Dövlət Şurasının sədrinin birinci müavini 57 yaşlı Migel Dias-Kaneldir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.