Dünya

İran xilasediciləri Türkiyə təyyarəsinin qəzaya uğradığı əraziyə 3-4 saata çatacaqlar

11 Mart 2018 23:12
0 Şərh     Baxış: 2 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran xilasediciləri Türkiyənin "Başaran Holding"inə məxsus təyyarənin qəzaya uğradığı əraziyə 3-4 saata çatacaqlar.  

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Qızıl Aypara" cəmiyyətinin Türkiyə bölməsinin rəhbəri Kərəm Kınık bildirib. "Ərazidə kəskin hava şəraiti müşahidə olunur", - deyə Kərəm Kınık qeyd edib. 

Kərəm Kınık təyyarənin göyərtəsində olan şəxslərin kimliyini açıqlayıb. Onların arasında "Başaran Holding"in rəhbəri Hüseyn Başaranın qızı Minə və onun 7 rəfiqəsi var. 

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.