Dünya

Cənubi Koreya ABŞ-a müraciət edib

11 Mart 2018 20:31
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-a polad idxalı ilə əlaqədar ödənilməli olan 25 faizlik əlavə rüsumun Cənubi Koreyaya tətbiq edilməməsi üçün rəsmi Seul Birləşmiş Ştatlar hökumətinə müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar Cənubi Koreyanın maliyyə naziri Kim Don-yeon ABŞ-ın xəzinə katibi Stiven Mnuçinə məktub ünvanlayıb. Məktubda Birləşmiş Ştatlara polad ixracı ilə bağlı tətbiq olunan rüsumun artırılmasının Cənubi Koreya iqtisadiyyatına mənfi təsir edəcəyindən narahatlıq ifadə olunub. Belə ki, Cənubi Koreya ABŞ-ın polad idxalında Kanada və Braziliyadan sonra 3-cü yeri tutur. ABŞ Dövlət Departamentinin statistikasına əsasən, ötən il Cənubi Koreya Birləşmiş Ştatlara 3,4 milyon ton polad ixrac edib.

Qeyd edək ki, martın 9-da Prezident Donald Tramp ABŞ-ın Kanada və Meksika istisna olmaqla, digər ölkələrdən idxal etdiyi polada və alüminiuma yüksək rüsumun tətbiqi barədə qərarı rəsmən açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.