Dünya

Tehranda qəzaya uğrayan Tükiyə təyyarəsində iş adamının qızı və rəfiqələri olub - YENİLƏNİB - FOTO - TƏFƏRRÜAT

12 Mart 2018 00:46
17 Şərh     Baxış: 20 263

12.03.2018

00:46

Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.

----------------

11.03.2018

21:25

Türkiyəyə məxsus şəxsi təyyarənin İranın paytaxtı Tehranın cənubunda qəzaya uğraması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az report.az-a istinadən bildirir ki, təyyarə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub.

BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.

Qəza nəticəsində sağ qalan olmayıb.

----------

20:30

İranda qəzaya uğrayan özəl təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsusdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

--------

20:12

İranın qərbində Türkiyəyə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İSNA agentliyi İran Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadla məlumart yayıb.

Daha öncə təyyarənin şəxsi olduğu bildirilib.

Məlumata əsasən, hava gəmisi Şərca - İstanbul marşrutu ilə hərəkət edirmiş. Qəza Çıxarməhəl və Bəxtiyariyyə əyalətində baş verib. Yerə çırpıldıqdan sonra təyyarənin alışdığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    qaim86 · 11 Mart 21:41434

    millətinə , dininə aid olmayanın dalınca qaçanda belə olur .

    Cavab yaz
    • Anonim
      .... · 11 Mart 23:4773

      O neçə olur? Eşşək ərəbəsində gəzməlidirlər yoxsa dəvəylə?Yoxsa əbayla? Sən bir öz nümunəndə göstər görək necə olur o ?

      Cavab yaz
    • Anonim
      Qaimə · 11 Mart 23:4973

      Sən nə danışdığını bilmirsən deyəsən. Bu nə insanlıqdı a?

      Cavab yaz
    • Anonim
      Qaimə · 11 Mart 23:5562

      Sənin axırın necə olacaq bəs?

      Cavab yaz
  • Anonim
    O · 11 Mart 22:3555

    Birdefelik heyata elvida deyibler

    Cavab yaz
  • Anonim
    1988jale · 11 Mart 22:58221

    Coox pis oldum,Allah rehmet elesin.Qizin instagram adresine baxdim coox pis oldum

    Cavab yaz
  • Anonim
    Ilkin · 11 Mart 23:31336

    Belkede bu tesadufi qeza deyil,sabah Ergun Dilerin novbeti yazisinda buna diqqet yetirilecek.

    Cavab yaz
    • Anonim
      Ulker · 12 Mart 13:3500

      deyilene gore,eyni semtde 20 gun evvel teyyare qezasi olub,77 insan helak olub.

      Cavab yaz
  • Anonim
    Raul · 12 Mart 01:46111

    Bunun dinə nə adiyyatı. Qəzadır. Allah rəhmət eləsin. Amin.

    Cavab yaz
  • Anonim
    KAMA · 12 Mart 07:5490

    Cox pis oldum, ureyim parcalandi cox agir dertdir . Allah valideyinlerine sebr versin

    Cavab yaz
    • Anonim
      $.$.$. · 12 Mart 08:2361

      hər şeyi dinlə baqlamaqın özu elə səhvdir. bu qəzada cavan xanımlar həyatını itirib.bizə duşən insanlıqımızı numayiş etdirməkdir daha ara qarışdırmaq yox. insan ölumunə sevinmək olmaz hələ bilmirik ki bizim axırımız necə olacaq.Allah bu xanımlara rəhmət etsin.cox aqır faciəli hadisədir ailələrinə səbr diləyək.

      Cavab yaz
  • Anonim
    Yağmur-S · 12 Mart 08:51100

    Qızın toyu olacaqmış,subaylığa vida derken bu dünyaya elvida dediler.yazıq qızlar hamsıda gencdiler.allah ailelerine sebr versin,Allah heç kimi övladıyla sınağa çekmesin

    Cavab yaz
  • Anonim
    Aydlndl · 12 Mart 10:5740

    Allah hech bir valideyne ovlad derdi vermesin.Gozel gozel qizlardl hamlsl.Heresi bir ailenin.

    Cavab yaz
  • Anonim
    Seva · 12 Mart 11:5840

    Allah rehmet elesin. Fotonu gordum tuklerim biz-biz oldu. Bu foto yeqin son fotolaridir. Allah sebr versin ailelerine.

    Cavab yaz
  • Anonim
    Obyektiv · 12 Mart 12:0660

    Subaylığa vida yox, həyata vida oldu bu. Bu türklər nə adətdir çıxarıblar özlərindən, oğlanlar da, qızlar da, toydan qabaq parti edirlər, əylənirlər, içirlər, sərxoş olurlar nə var nə var ki sabah toyumdu, daha subay olmayacam! Ondansa o pulu xərcləyin sədəqəyə ki, ailə həyatım uğurlu gəlsin, sədəqənin savabı xatirinə xeyirli olsun ailəm və s. Nəysə. Ölən xanımlara Allah rəhmət eləsin! Toyun yasa dönməsi kimi faciə yoxdur. Dəhşətdir, Allah səbr versin ailələrinə.

    Cavab yaz
  • Anonim
    malades · 12 Mart 12:1730

    heyif.. Gəncdirlər deyək, amma bir az harınlıq da rol oynayıb.

    Cavab yaz
  • Anonim
    Ulker · 12 Mart 13:3120

    ehhhh cavan,gozel insanlar idi hamisi.Heyif. Allah rehmet elesin!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.