Dünya

Ərdoğan NATO-nu sərt tənqid edib

11 Mart 2018 20:09
0 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstək verməyən NATO-nu sərt tənqid edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Bolu rayon təşkilatının konfransında çıxış edən R. T. Ərdoğan deyib ki, Türkiyə NATO-nun çağırışına əsasən Əfqanıstan, Balkanlar, Kosova və digər yerlərdə sülhyaratma missiyalarında iştirak edib.

Bu gün NATO üzvü olan Türkiyənin Suriya sərhədi boyu terror təhdidi ilə üzləşdiyini söyləyən R. T. Ərdoğan NATO-nun Türkiyəyə dəstək verməməsini yolverilməz sayıb: "Türkiyə NATO üzvü kimi hər zaman üzərinə düşən vəzifəni yerinə yetirib. NATO nə vaxta qədər Suriyada baş verənlərə biganə qalacaq? NATO sərhədləri Suriya ərazisindən terrorçuların hücumlarına məruz qalan Türkiyəyə nə zaman dəstək verməyi planlaşdırır? Nə vaxta qədər mən belə çağırışlarla çıxış etməliyəm?"

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.