Dünya

Almaniyanın yeni daxili işlər naziri qaçqınların deportasiyasını sürətləndirəcək

11 Mart 2018 15:10
0 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn həftə Almaniyada koalisiya hökumətində daxili işlər naziri postuna təsdiq ediləcək Xorst Zeexofer ölkədə qayda-qanunun təmin edilməsi, o cümlədən qaçqınların qəbulu ilə bağlı planını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri təyinatı ilə əlaqədar Xristian-Demokratik İttifaqın sədri postunu tərk edəcək X. Zeexofer Almaniyanın kosmopolit və liberal ölkə olaraq qalmaq istədiyini bildirib.

Bununla belə, X. Zeexofer deyib ki, əgər söhbət vətəndaşların müdafiəsindən gedirsə, o halda güclü dövlət lazımdır və o, bu istiqamətdə çalışacaq. Bavariyanın baş naziri olduğu dövrləri xatırladan X. Zeexofer Bavriyanın 2015-ci ildə ən böyük qaçqın dalğası ilə üzləşdiyini qeyd edib: "Amma bu gün Bavariya Avropanın ən təhlükəsiz regionlarından biridir və bu, bütövlükdə Almaniya üçün xarakterik olmalıdır".

X. Zeexofer daxili işlər naziri kimi hazırladığı planında həm qaçqın statusunun verilməsi, həm də deportasiya posedurlarının sürətləndirilməsi əksini tapıb. X. Zeexofer deyib ki, qaçqın statusunun verilməsi bir il uzanmamalı, bir neçə aya həllini tapmalıdır. Enyi zamanda isə deportasiya prosesi əhəmiyyətli dərəcədə artmalıdır.  Bu zaman qayda-qanunları pozanlar və cinayətkarların deportasiyasına xüsusi diqqət yetirilməlidir. X. Zeexofer belələrinə tolerant yanaşmamağı vacib sayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.