Dünya

Le Pen yenidən Fransa Milli Cəbhə Partiyasının sədri seçildi

11 Mart 2018 14:50
0 Şərh     Baxış: 361

Bu gün Lill şəhərində keçirilən Fransa Milli Cəbhə Partiyasının qurultayında Marin Le Pen yenidən partiyanın sədri seçilib

Milli.Az APA-ya istinadən xəbər verir ki, qurultayda partiyanın qurucusu və M. L. Penin atası Jan-Mari Le Pen partiyanın fəxri prezidenti statusundan məhrum edilib.

Qurultay partiyanın fəxri prezidenti statusunu ləğv edib.

Qeyd edək ki, M. L. Pen 2011-ci ildə  Milli Cəbhə Partiyasının sədri postunda atasını əvəz edib. Ancaq sonradan ata və qızın münasibətləri soyuqlaşıb. M. L. Pen atasının həddən artıq kəskin və mübahisəli bəyanatlarına məsafəli yanaşır. Bu səbəbdən 2015-ci ildə Jan-Mari Le Pen yaradıcısı olduğu partiyadan uzaqlaşdırılıb. Ancaq buna baxmayaraq, indiyə qədər o, partiyanın fəxri prezidenti kimi qalıb.

Xatırladaq ki, Avropa Parlamentinə son seçkilərdə Fransa Milli Cəbhə Partiyası seçicilərin 25,4 faizinin səsini toplayıb. Bu partiya mühafizəkar dəyərləri müdafiə edir, miqrasiya və avrointeqrasiya əleyhinədir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.