Dünya

Çin Xalq Respublikasının sədri postuna seçkilərdə məhdudiyyət ləğv edildi

11 Mart 2018 12:40
0 Şərh     Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çin Xalq Nümayəndələri Yığıncağı bir şəxsin iki dəfədən artıq Çin Xalq Respublikasının sədri və müavini postlarına seçilməsinə qadağanı nəzərdə tutan Konstitusiya müddəasının ləğv edilməsini dəstəkləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, indiyə qədər Konstitusiyaya əsasən eyni şəxslər Çin Xalq Respublikasının sədri və müavini postuna iki dəfədən artıq seçilə bilməzdi.

Beləliklə, bundan sonra Çin Xalq Respublikasının sədri Çin Xalq Nümayəndələri Yığıncağında hər dəfə 5 il müddətində olmaqla, məhdudiyyət olmadan seçilə biləcək.

Konstitusiyaya edilən digər düzəlişdə isə qeyd edilib ki,  Çin yeni dövrdə Si Tszinpinin sosializmin Çin xüsusiyyətləri ideyasına uyğun inkişaf edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.