Dünya

Yaponiya zəlzələ qurbanlarının xatirəsini yad etdi

11 Mart 2018 10:17
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Yaponiyada 11 mart 2011-ci ildə baş vermiş zəlzələ qurbanlarının xatirəsi yad edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 14.46-da bütün ölkə ərazisində zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Məhz 7 il əvvəl yerli vaxtla saat 14.46 radələrində baş verən 9 maqnitudalı zəlzələ və güclü zəlzələnin səbəb olduğu sunami nəticəsində  ölkənin şimal-şərq regionlarında 18 mindən çox insan ölüb. İvate,  Miyaqi və Fukusima əyalətlərində bir çox şəhərlər məhv olub, "Fukusima-1" Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. AES-də enerji təchizatı sistemi sıradan çıxıb, ətraf rayonlar radioaktiv çirklənməyə məruz qalıb.  "Fukusima-1" AES-də qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş bu gün də davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.