Dünya

İraq terrorçuları orduya daxil etdi

10 Mart 2018 23:38
1 Şərh     Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqdaki Haşdi Şabi qruplaşmasının üzvləri ordu sıralarına daxil edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İraqın Milli Təhlükəsizlik üzrə rəsmisi Falih əl-Fəyyad təlimat verib. O, Haşdi Şabi milislərinin axıtdıqları qanlara vəfa borcu olaraq belə bir təlimat verdiyini deyib.

Sözügedən Haşdi Şabi qanun layihəsinin 4-cü maddəsinə əsasən, təşkilata bağlı qruplaşmalar İraqın qarşılaşdığı təhlükəsizlik və terror təhdidlərini aradan qaldırmaq, şəhərlərin terrorçulardan azad olunması və təhlükəsizliyin təmin olunması məqsədilə terror qruplaşmalarını və onlarla birlik olanları məhv etmək üçün lazımi qüvvələrdən istifadə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.