Dünya

Latviyanın Vergilər Xidmətinin rəhbəri ölü tapılıb

10 Mart 2018 21:00
1 Şərh     Baxış: 400

Latviyanın Dövlət Vergilər Xidmətinin rəhbəri İlze Sirule martın 10-da ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda ölkənin Polis İdarəsinin məlumatında bildirilir:   

"Sirulenin cəsədi şənbə günü səhər yaşadığı yerdə tapılıb".

İlkin məlumatlara görə, cəsəddə heç bir zorakılıq əlamətləri aşkar edilməyib".

Tibbi-ekspertiza təyin edilib.

Baş nazir Maris Kuçinskis baş vermiş hadisəni maliyyə naziri Dana Reyzniese-Ozola ilə müzakirə edib. Hökumət başçısı Sirulenin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, İ.Sirule Vergilər Xidmətinin rəhbəri vəzifəsinə namizədliyi maliyyə naziri Dana Reyzniese-Ozola tərəfindən irəli sürülmüşdü. O, bu vəzifəyə rəsmi olaraq 2016-cı ilin noyabrında gəlib. Sirule evli idi, iki övladı vardı.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 10 Mart 21:5400

    Yəqin bunuda KQB zəhərləyib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.