Dünya

Skripalın zəhərləndiyi yerə xüsusi qoşun yeridildi, qəbiristanlıqan iki cəsəd çıxarıldı - FOTO

10 Mart 2018 12:40
2 Şərh     Baxış: 1 757

Böyük Britaniyanın Solsberi şəhərində xüsusi kimyəvi mühafizə kostyumları çoxsaylı geymiş müstəntiqlər, polis əməkdaşları və kimyəvi silahlarla işləyən xüsusi təyinatlı hərbçilər eks QRU polkovniki Sergey Skripalın arvadının və oğlunun dəfn edildiyi məzarlığa gedib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, ötən həftə əsəb sistemini iflic edən hansısa kimyəvi maddə ilə zəhərlənən Skripalın yaxınlarının cəsədlərinin eksqumasiya edildiyi bildirilir.

Sergey Skripal Britaniya kəşfiyyatına işlədiyi üçün 2006-cı ildə mühakimə olunub. 2010-cu ildə o, əfv edilib və casus mübadiləsi çərçivəsində Qərbə təhsil verilib. Skripal Böyük Britaniyadan sığınacaq alıb. Ötən həftə onu və 33 yaşlı qızını Solsberidə huşsuz vəziyyətdə tapıblar. Hazırda keçmiş kəşfiyyatçı və qızı xəstəxanada, reanimasiyadadır və vəziyyətləri kritik olaraq qalır. Böyük Britaniya hökuməti kəşfiyyatçının zəhərlənməsi əməliyyatının Rusiya tərəfindən həyata keçirildiyini düşünür və sübutlar əldə edən kimi Moskvaya qarşı sərt tədbirlər görəcəyini bildirir. Skripalın zəhərlənməsindən sonra onun 2012-ci ildə ölən arvadı Lyudmila və ötən il ölən oğlu Aleksandrın da zəhərə qurban gedə biləcəyi versiyası gündəmə gəlib. Nəticədə bu şübhəli ölümlərlə bağlı da təhqiqat başladılıb.

"Salisbury Journal" nəşrinin bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədlərin eksqumasiyasını həyata keiriblər. Lakin bu məlumat hələlik rəsmən təsdiqlənmir.

Skripalın yaxınlarının dəfn edildiyi ərazi hələ bu həftənin əvvəlində əhatəyə alınıb. Aleksandrın məzarı üzərində göy çadır qurulub. Şahidlər bildirir ki, çadırın altında xüsusi geyimli beş polis işləyirdi və daha bir neçə polis sarı çəlləyə nəsə yığırdı.

Daha sonra qəbiristanlığa kimyəvi silahlar üzrə ixtisaslaşmış xüsusi təyinatlı hərbçilər göndərilib. Şahidlərdən biri qəbiristanlığı tərk edən polis, tibbi və hərbi maşınların uzun karvanını çəkib. "Mən sanki "Məxfi materiallar" filminin epizodlarından birindəyəm. Videoda karvanın hələ bir hissəsi düşüb", - həmin şahid bildirib.

Digər məlumata görə, Sergey Skripalın və qızının huşsuz tapıldıqları yerin təhlükəli sinir-əsəb maddəsindən təmizlənməsi məqsədilə xüsusi qoşun hissələri yeridib. Həmin əraziyə 100-dən çox xüsusi təyinatlı hərbçinin, kimyəvi silahlarla işləmə üçün xüsusi hərbi avadanlıqların göndərildiyi bildirilir.

Bundan əvvəl Britaniyanın daxili işlər naziri keçmiş casus Skripal və qızının huşsuz vəziyyətdə tapıldığı yerə baş çəkib. Amber Radd martın 9-da Solsberi şəhərində, hazırda polisin çadır qurduğu skamyanın yerləşdiyi ərazidə olmuşdu.

Rusiyaya xəyanət etmiş keçmiş casusun olduqca nadir kimyəvi maddə ilə zəhərləndiyi bildirilir. Sarin kimi əsəb sisteminə təsir göstərən zəhərli kimyəvi agentlər əsəb sisteminin işini pozur, bədənin funksiyalarını dayandırır. Lakin BBC martın 8-də anonim mənbəyə istinadla yazıb ki, martın 3-də keçmiş casusa qarşı istifadə olunan maddə sarindən, yaxud VX maddəsindən də az rast gəlinəndir.

Hazırda Skripalın evi, onun zəhərlənməzdən əvvəl baş çəkdiyi restoran və park polis əhatəsindədir. Hadisəni təhqiq edən polislərdən biri də zəhərlənib və ağır vəziyyətdədir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Aydlndl · 10 Mart 12:5901

    Rus kqb No 1

    Cavab yaz
  • Anonim
    Elnur · 10 Mart 13:0801

    Rus istese coxdan aradan goturerdi, nece basqalarini aradan qaldirdi. Bu hele ingilisin isidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.