Dünya

BMT-nin Suriyaya göndərdiyi ərzaqların içindən qurd çıxdı - KİV

10 Mart 2018 10:51
0 Şərh     Baxış: 1 079

Birləşmiş Millətlər Təşkilatının Suriyaya yardım məqsədi ilə göndərdiyi ərzaqların içərisindən qurd çıxıb.

Milli.Az bildirir ki, bu barədə məlumatı Türkiyənin "Yeni Şafak" qəzeti yayıb. Məlumatda göndərilən ərzaqlarının çoxunun son istifadə tarixinin keçməsi və pis qoxu gəlməsi də qeyd olunub.

Qeyd edək ki, Dəməşq ətrafındakı Şərqi Qutanın Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşağın ölümü dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnamə qəbul edib.

Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.

Qətnamədən sonra sözügedən əraziyə humanitar yardım edilib. 27 min 500 nəfər üçün ərzaq göndərilib.

Qeyd edək ki, atəşkəs elan olunsa da, hökümət qüvvələri ilə müxalif qüvvələr arasında atışma davam edir.

Bəxtiyar Umarlı
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.