Dünya

Gülənin əmisioğlu həbs edildi - FOTO

10 Mart 2018 09:10
0 Şərh     Baxış: 1 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə FETÖ təşkilatına qarşı aparılan araşdırmalar davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatı rəhbəri Fətullah Gülənin əmisioğlu Kəmaladdin Gülən həbs edilib.

Məlumata əsasən, daha əvvəl K.Gülən İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsində aparılan proses zamanı "Silahlı terror təşkilatına üzv olma" maddəsi ilə ittiham olunub və barəsində 7 il 6 ay həbs cəzası verilib. Sonra isə məhkəmə onun ölkədən çıxmasına qadağa qoymaqla sərbəst buraxılmasına qərarı verib.

Prokurorluğun etirazlarından sonra İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsi Gülən haqqında həbs qərarı verib.

O, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.