Dünya

Braziliyada keçmiş məmur 11 il iş aldı

8 Mart 2018 20:42
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada Petrobras-ın keçmiş rəhbəri korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, neft-qaz nəhəngi Petrobras-ın rəhbəri Aldemir Bendini korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Onun Odebrecht tikinti şirkətindən 3 milyon real (907 min dollar) rüşvət aldığı deyilir.

Bundan əvvəl Bendiniyə 25 il iş istənilib.

Qeyd edək ki, Bendini 2015-ci ilin əvvəlində kompaniyanın baş direktoru təyin olunub. Bendinidən əvvəlki direktor da korrupsiyada ittiham edilərək vəzifəsindən azad edilib. Bendini özü isə 2016-cı ilin mayında işdən azad edilib və barəsində cinayət işi qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.