Dünya

Kiyevdə polislə etirazçılar arasında toqquşma

3 Mart 2018 15:00
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna parlamenti yaxınlığında salınan çadır düşərgəsinin ətrafında polislə etirazçılar arasında toqquşmalar yaşanır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, toqquşmalar polisin bir sıra cinayət işlərinin araşdırmasını həyata keçirməsi üçün düşərgəyə girməsindən sonra başlayıb.

Qarşıdurmalar zamanı etirazçılar şinləri yandırıb. Polisin 50 nəfəri saxladığı bildirilir.

Məlumata görə, kəllə-beyin travması və qaz yanıqları ilə yaralılar da var.

Xatırladaq ki, Ali Radanın yaxınlıqdakı çadır şəhərciyində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru  Mixail Saakaşvilinin tərəfdarları mitinq keçirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.