Dünya

Qırğızıstanda milisi polis adlandırmaq istəyirlər

2 Mart 2018 22:14
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan hökuməti hazırda milisin polislə əvəz olunması imkanlarını nəzərdən keçirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu ölkənin Baş naziri Sapar İsakov martın 2-də Bişkekdə keçirilən konfransda çıxışı zamanı deyib.

"Artıq müvafiq tapşırıq verilib, müəyyən işlər görülməyə başlayıb", - deyə Baş nazir məlumat verib. Bununla yanaşı, milisin adının polislə əvəzlənməsi proseduruna xeyli maliyyə vəsaitinin lazım olduğunu qeyd edən hökumət başçısı işlərin mərhələli şəkildə görüləcəyini bildirib.

Bir qədər əvvəl Qırğızıstan hökuməti korrupsiya ilə mübarizə çərçivəsində Daxili İşlər Nazirliyi orqanlarının fəaliyyətində əsaslı islahatlar keçirmək niyyətini bəyan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.