Dünya

Rusiyanı tənqid edən nazir huşunu itirdi - VİDEO

27 Fevral 2018 12:43
0 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın informasiya siyasəti naziri Yuri Steçya Kiyevdə forumda çıxışı zamanı huşunu itirib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, qısamüddətli çıxışında Steçya maksimum şəkildə "açıq və səmimi", minimum şəkildə "diplomatik" olacağını bildirib.
Sonra nazir avropalı deputat Rebekka Harms və ABŞ-ın Ukraynadakı səfiri Mari Yovonoviçə müraciət edib. 

"Siz deyirdiniz ki, Krım Ukraynadır, Rusiya isə işğalçıdır. Axtem Çiyqoza baxın. Onu məhz buna görə həbs etdilər. Növbədə sizsiniz", - deyə nazir bildirib və tribunadan gedib. 

Bundan sonra məmur kulisə çatmamış yıxılıb. Forumun aparıcısı baş verən hadisəyə görə üzr istəyib: "Bağışlayın. Nazir xəstədir. Bizim üçün bu, normadır. Bunu anlamağınızı xahiş edirəm". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyanı tənqid edən nazir huşunu itirdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.