Dünya

Türkiyə Çexiyadan PYD-nin sabiq liderinin ekstradisiya olunmasını tələb edib

25 Fevral 2018 22:31
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankara Praqada saxlanılan PKK-nın Suriya qolu olan PYD-nin sabiq rəhbəri Salih Müslümün Türkiyəy ekstradisiya edilməsinə nail olmağa çalışır. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq bildirib. 

Onun sözlərinə görə, Türkiyə DİN, XİN və Ədliyə Nazirliyinin hazırda bu istiqamətdə çalışdığını qeyd edib. 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Şanlıurfqada çıxışı zamanı Salih Müslümün saxlanılmasını alqışlayaraq, onun tezliklə ölkəyə ekstradisiya olunmasına ümid etdiyini bildirib. 

Qeyd edək ki,  PYD-nin sabiq rəhbəri fevralın 24-də Türkiyənin sorğusu əsasında İnterpol xətti ilə Praqada saxlanılıb.  

Bundan əvvəl Türkiyə hökuməti S.Müslümün saxlanılması üçün 4 mln. lirə mükafat vəd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.