Dünya

Təzə evlənən hindli cütlüyə dəhşətli sürpriz: BƏY VƏ NƏNƏSİ ÖLDÜ

25 Fevral 2018 18:50
1 Şərh     Baxış: 2 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda toy mərasimindən sonra bəyin evində partlayış baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Odişa əyalətində keçirilən toydan bir neçə gün sonra Soumya Sekhar və Rema Sahu cütlüyünün yaşadığı evə qutuda hədiyyə göndərilib. 18 fevralda toyu olan təzə bəy Rema Sahu və 85 yaşlı nənəsi Jemamani Sahu qutu açılarkən baş verən partlayış nəticəsində ölüb. Təzə gəlin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis ilkin araşdırma zamanı partlayıcı yerləşdirilmiş qutunun üzərində göndərildiyi ünvanın olmadığını və onu gətirən şəxsin qaçdığını bildirib.

Araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.