Dünya

Fransada 2 terror aktının qarşısı alındı

25 Fevral 2018 15:47
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın hüquq mühafizə orqanları 2018-ci ilin əvvəlindən başlayaraq iki terror aktının qarşısını alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Jerar Kollon bəyan edib.

"Yanvarın 1-dən başlayaraq iki terror aktının törədilməsi planlarının qarşısı alınıb",-deyə o bildirib.

Onun sözlərinə görə, terrorçular hücumlardan birini idman obyektində, digərini isə hərbçilərə qarşı törətməyi planlaşdırıdılar. Terror aktları Fransanın şimalında və qərbində həyata keçirilməliydi.

Nazir həmçinin vurğulayıb ki, Fransada terror təhdidi yüksək olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.