Dünya

"Türkiyəyə sığınmış 350 min Afrin sakini öz torpaqlarına qayıdacaq"

25 Fevral 2018 15:17
1 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Afrin bölgəsi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləndikdən sonra 350 min afrinli öz torpaqlarına qayıdacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım Murat Rəis sualtı qayığının quraşdırılmasına start verilməsi ilə bağlı keçirilən təntənəli tədbirdə bildirib.

B. Yıldırım deyib ki, PYD/YPG terrorçularının zülmü nəticəsində 350 min Afrin sakini illərdir ki, Türkiyəyə sığınıb: "Türkiyə yalnız öz torpaqlarını, sərhədlərinin təhlükəsizliyini qorumur, bölgədə qeyri-sabitliyin aradan qaldırılmasına ciddi töhfə verir".

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə bu il yanvarın 20-də Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatına başlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.