Dünya

Türkiyə ordusunun əsgəri şəhid oldu

25 Fevral 2018 14:18
7 Şərh     Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı daha bir türk əsgəri şəhid olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Türkiyə ordusunun əsgəri fevralın 24-də şəhid olub.

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 33 nəfərə çatıb. Bu günə qədər əməliyyat zamanı 2018 PYD/YPG terrorçusu zərərsizləşdirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.