Dünya

Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı - Yaralılar var

25 Fevral 2018 13:57
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya əyalətində hərbçiləri daşıyan avtobusun aşması nəticəsində azı 23 nəfər xəsarət alıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə İHA agentliyi xəbər yayıb.

Qəza şənbə günü axşam baş verib. Antalya əyalətində Kestel qəsəbəsi yaxınlığında sürücü idarəetməni itirib və avtobus aşıb.

Hadisə nəticəsində 22 hərbçi və avtobus sürücüsü yaralanıb.

Xəsarət alanlar Antalya xəstəxanalarına yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.