Dünya

Estoniya prezidenti Rusiyanı "qəliz qonşu" adlandırdı

25 Fevral 2018 10:16
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniya prezidenti Kersti Kalyulayd ölkənin Müstəqillik günü münasibəti ilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı Rusiyanı "qəliz qonşu" adlandırıb.

Milli.Az report.az-a istinadən bildirir ki, prezident Rusiyanın onilliklər ərzində onları məyus etməsinə baxmayaraq, ona olan diqqətlərini əsirgəmədiklərini bildirib.

"Müxtəlif qonşularımız var. Demokratik və o qədər də demokratik olmayan. Taleyin bizə ötən əsrdən bəxş etdiyi silahdaşlar və birgə addımladıqlarımız. Bizim bir mürəkkəb qonşumuz da var. Lakin qonşu qonşudur. O, bizi bir neçə onilliklər ərzində məyus etsə belə, tərəfimizdən diqqətsiz qalmır", - deyə Kersti Kalyulayd əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.