Dünya

BMT TŞ Suriyada 30 günlük atəşkəs rejiminin tətbiq olunması barədə qətnamə qəbul edib

25 Fevral 2018 05:30
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriyada 30 günlük atəşkəs rejiminin tətbiq olunması və ölkədə gələcəkdə humanitar əməliyyatların keçirilməsi barədə qətnamə qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənəd bütün tərəfləri "yubanmadan toqquşmaları dayandırmağa" və bütün Suriya ərazisində ən azı 30 gün uzun müddətli humanitar fasiləniт təmin edilməsinə sadiq olmağı tələb edir.

Sənəddə bildirilir ki, atəşkəs rejimi İŞİD, "Cəbhət ən-Nusra", "Əl-Qaidə" terror qruplaşmalarına və İŞİD və "Əl-Qaidə" ilə əlaqəli digər şəxslərə və təşkilatlara qarşı aparılan hərbi əməliyyatlara şamil edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.