Dünya

Yəməndə iki partlayış törədilib: 6 ölü, 43 yaralı

24 Fevral 2018 23:42
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəmənin paytaxtı Adendə terrorçular tərəfindən hərbi antiterror düşərgəsinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb, daha sonra isə terrorçular və hərbçilər arasında atışma başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış və atışma nəticəsində 6 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb. İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumata əsasən, ölənlərin 3-ü təhlükəsizlik xidmətinin əməkdaşı, 3-ü isə mülki şəxs olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.