Dünya

"Kürd Yaşar" və dəstəsi yaxalandı

24 Fevral 2018 15:50
0 Şərh     Baxış: 2 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Aksaray vilayətində polis soyğunçuluq, silahla yaralama, narkotik ticarəti, adam qaçırma və digər onlarla cinayətdə şübhəli bilinən "Kürd Yaşar" ləqəbli Yaşar Koçak və onun 23 nəfərlik dəstəsini zərərsizləşdirib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat səhər saatlarında Aksarayın mərkəzi Ortaköy qəsəbəsində və kəndlərdə həyata keçirilib.

Mənbənin yazdığına görə, cinayətkar dəstə üzvlərinin müxtəlif şəxslərdən hədə-qorxu yolu ilə pul almaları, narkotik ticarəti, silahla adam yaralama və digər əməlləri ilə bağlı vilayətin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olub. Şəbəkə lideri Yaşar Koçak 6 ay ərzində izlənilib. Polis təqiblər əsasında 30 şübhəlini müəyyən edib və xeyli dəlillər topladıqdan sonra əməliyyat həyata keçirib. Aksarayın mərkəzində və yaxınlıqda yerləşən kəndlərdə 28 ünvana 197 polis eyni vaxtda əməliyyat keçirib.

Basqın zamanı 23 şübhəli saxlanılıb, 7 şəxsin axtarışı isə davam etdirilir. Şübhəlilərin evlərində aparılan axtarışlardan sonra Aksaray Təhsil və Araşdırma Xəstəxanasına gətirilərək sağlamlıq yoxlamasından keçirilib, sonra isə vilayətin Təhlükəsizlik Xidmətinə təhvil veriliblər.

Mənbə yazır ki, evlərdə aşkar olunan odlu silah və hərbi sursatlar cəbbəxananı xatırladıb. 28 fərqli ünvanda axtarış aparan əməliyyatçılar 16 ədəd ov tüfəngi, 545 ədəd ov tüfəngi gülləsi, 8 ədəd sənədsiz tapança, 36 ədəd tapança gülləsi, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 65 min 440 TL pul, 5 min 740 TL saxta pul, 1000 avro saxta pul, 113,12 qram marixuana, 3 ədəd çek kitabçası, 3 ədəd bıçaq və digər əşyalar ələ keçiriblər.

Aksaray Təhlükəsizlik Xidmətinə əməliyyatla əlaqədar məruzə edilib, istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.