Dünya

Terrorçular yaşlı kəndlilərin əl-qolunu bağlayıb, minalanmış anbarda saxladılar - VİDEO - FOTO

24 Fevral 2018 12:52
3 Şərh     Baxış: 2 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 36 gündür davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə ötən gün daha bir kəndi terrorçulardan azad edib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Maskah kəndini tutublar. "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 101-ə çatıb.

Azad edilən Maskah kəndindəki anbarların birində əlləri-ayaqları bağlı halda olan 4 kəndli tapılıb. Məlum olub ki, terrorçular anbara mina qoyaraq mülki vətəndaşlardan qalxan kimi istifadə ediblər. Kəndlilər minalanmış ərazidən azad edilib, evlərinə ötürülüb.

Ordu qərargahından verilən məlumata görə, 36 gün ərzində 1931 terrorçu zərərsizləşdirilib.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Terrorçular yaşlı kəndlilərin əl-qolunu bağlayıb, minalanmış anbarda saxladılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.