Dünya

"Taliban" hücum etdi: 25 hərbçi öldürüldü

24 Fevral 2018 11:25
0 Şərh     Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın cənub-qərbində Fərəh vilayətində "Taliban" radikal hərəkatının silahlıları hərbi bazaya hücum ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 25 Əfqanıstan hərbçisinin həlak olduğu bilirilib.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

Daha sonra isə Gilmənd vilayətində güclü partlayış baş verib. Həmin partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.