Dünya

"Gözləyirəm oğlum ölsün, çünki ən azından cənnətdə ac qalmayacaq" - VİDEO - FOTO

24 Fevral 2018 11:15
11 Şərh     Baxış: 5 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Quta vilayətinin Əsəd qüvvələri tərərfindən bombardman edilməsi nəticəsində ölənlərin sayının 300 nəfərə çatdığı deyilir.

Milli.Az bildirir ki, BBC-nin reportyorları 393,000 nəfərin yaşadığı, bombardman edilən Şərqi Qutadan reportaj hazırlayıblar. 

Videoda bombardman edilən evlər, küçələr, xəstəxanadan görüntülər, yerə düzülən cəsədlər və uşaqların qorxu içərisində çığırması əks olunub.

Milli.Az videoda yazılan sözləri Azərbaycan dilinə tərcümə edib:

Bunlar Noor və Alanadırlar. Onların evinə hava zərbələri endirilib.

Uşaqlar: "Hərbi təyyarələr bizim evimizi bombalayıb. Bizi qoruyun"

Şərqi Qutadanın təxminən 400 minə yaxın əhalisi var. Şərqi Quta İngiltərənin Mançester şəhəri boydadır.

Hökümət qüvvələri amasızdır.

Zərərçəkənlər arasında uşaqlar da var.

Bu həkim Amani Blourdur.

"3 gündür davam edən bombardman Qutanı məhv edib. Onlar müxtəlif növ silahlardan istifadə edirlər: hərbi təyyarələr, helikopterlər, partlayıcı qurğular...

Edə biləcəyimiz nəsə yoxdur, psixologiyamız pozulub. Baxın, daha iki xəstə də gəldi. Bilmirik ona necə kömək edək".

Xəstə: "Gözləyirəm ki, oğlum ölsün, cənnətə getsin. Çünki ən azından cənnətdə ac qalmayacaq, ağrı hiss etməyəcək".

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.